Yanvarın 20-də Çinin “Ace vs Ace” əyləncəli teleşousunda Çeki Canın kaskadyorlar komandasının 40 illik yubileyinə həsr olunmuş verilişdə duyğusal anlar yaşanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Ceki Canın kaskadyorlar komandası 1977—ci ildə yaradılıb. Onlar 9 dəfə Nona Kona Film Mükafatının qalibi olublar. Çətin döyüş səhnələrinin qurulmasında ustalıq nümayiş etdirdiklərinə görə fərqləniblər. Və bununla da bütün dünyanı Çinin “Uşu” döyüş sənətilə təəccübləndirməyə nail olublar.
Verilişə qonaq qismində çağırılan məşhur aktyor onun üçün hazırlanan yubiley hədiyyəsindən xəbərsiz olub. Ceki Canın kaskadyorlar komandası verilişin əməkdaşları ilə birgə onun üçün xüsusi sürpriz hazırlayıblar. Elə bu nüans verilişi yaddaqalan edib.
Kaskadyorlardan ibarət komanda səhnədə mürəkkəb döyüş fəndləri edirlər. O isə nə baş verdiyindən xəbərsiz halda təəccüblənir. Məsələdən agah olandan sonra isə çox sevinir. Hətta onu qorxutduqlarını da etiraf etməkdən çəkinmir: “Siz mənə kələk gəlməyi bacardınız deyir. Sizlər möhtəşəmsiniz. Mən heyrət içindəyəm”
Üzünü zala tutaraq : “Burdaki uşaqlar mənim komandamın 4-5-7 və 8-ci nəslidi”
Verilişin aparıcısı sürprizin davamını təqdim edib. Bunun hələ hamısı olmadığını bildirir. Hər kəsi birlikdə böyük ekrana baxmağa dəvət edir. Birinci, ikinci, üçüncü nəsil kaskadyorların müsahibələri ekrana gəlir. Onlar 1977—ci ildə birgə başladıqları yola nəzər salaraq xatirələrini bölüşürlər. Ceki Canın istər film meydançasında, istərsə də həyatda onlara qarşı olan nəzakətindən və qayğısından söhbət açıblar. Onlara dost olaraq yanaşmasından, özünü ulduz kimi onlardan fərqləndirmədiyini dəfələrlə vurğulayıblar. Süjetin getdiyi əsnada səhnədə yer alan gənc kaskadyorların arasına qatılaraq sırada duran yaşlı nəsil bir neçə dəqiqədən sonra Ceki Cana növbəti sürprizi yaşadırlar.
- Aparıcı:Ceki neçə il keçib?
-Ceki Can: 40 il
- Aparıcı: Çoxlarını uzun müddətdir ki, görməmisən.
-Ceki Can: Bəli
- Aparıcı: Onların hər biri səmimi qəlbdən danışdılar. Onların hər biri səninlə görüşmək istəyirdi. Sən onlar üçün darıxırsanmı?
Bu sual aktyoru qəhərə boğur. Bir neçə andan sonra deyir : 40 il onlar mənimlə birgə həyatlarını riskə atıblar. Əllərini, ayaqlarını sındırıblar. Vaxt olub ki, səhər saat 5-6-da onları xəstəxanalara aparıblar. Bu haqda heç kim bilmir. Həyatda qazandığım naliyyətlərə görə aldığım Oskarı onlarla bölüşmək istərdim.
Bu gün biz bütün dünyada tanınmışıq. Ceki Canın bir komandası 8 nəsil oldu. Mən müşahidə edirəm onlar necə qocalır. Elə mən özüm də qocalıram. Bir tərəfdən də digərləri böyüyür, yeni nəsil yetişir. Və budur, onların hamısı burdadır.
Çevrilib arxaya baxarkən köhnə komandasını görüb kövrələn Ceki Can göz yaşlarına hakim ola bilmir. Dostlarının “Böyük qardaş” nidaları isə onu daha da kövrəldir.
Uzun illər görmədiyi komandasının hər bir üzvü ilə ayrı-ayrılıqda görüşən aktyoru izləyən tamaşaçılar da bu səhnəyə etinasız qala bilmirlər. Göz yaşlarına qərq olurlar.
Sağ olun! Sağ olun!
“Qardaşlar, uzun zaman idi ki, sizlərlə görüşmürdük. Kaş ki, hər il sizlərlə bir araya gəlmək görüşmək imkanımız ola. Kimlərsə artıq aramızda yoxdur. Bizlərin də az vaxtımız qalıb birlikdə olmamız üçün. Sağ olun ki, sizlər bu illər ərzində yanımda olmusunuz. “
Kaskadyorlar - sağ olun!
“40 il uzun müddətdir. Bu illər ərzində çox çətinə düşmüşük. Zaman olub ki, hər şeydən hər kəsdən əl üzmüşəm. Amma komanda olaraq birlikdə olmuşuq. Bu müddət ərzində birlikdə olmuşuq, hazırda 8-ci nəsil kaskadyorlar yetişirlər. Ümid edirəm ki, Ceki Canın kaskadyorlar komandası onun yoxluğunda da mövcud olacaq. Çin Kino sənətində “ACTİON” janrının inkişafı davam edəcək. “
Qeyd edək ki, Ceki Can 2016 ci ildə 88-ci Oskar mükafatlandırma mərasimində Oskara layiq görülüb.
Elçin MURAD