10 İyul 2014 17:26
11 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Azərbaycanın tanınmış qarmon ifaçısı Aftandil İsrafilovdan xəbər var.

Uzun müddətdir ki, ifaçının efirlərə çıxmaması, mətbuata açıqlama verməsi, eləcə də çox arıqlaması hər kəsin narahatlığına səbəb olmuş, ağır xəstəliyə tutulması ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu.

Qarmon ifaçısı Teleqraf.com-a açıqlamasında özünü yaxşı hiss etmədiyini, plevrit xəstəliyindən əziyyət çəkdiyini deyib:

“Hələ ki, özümü yaxşı hiss etmirəm. Plevrit xəstəliyindən əziyyət çəkirəm. Ağciyərim ətrafında su yığılıb və bir ildən çoxdur ki, onun müalicəsi ilə məşğulam. Hazırda ağciyərimə yığılan suyun 80 faizi çəkilib. Qalan 20 faiz də çəkiləndən sonra özümü əvvəlki kimi yaxşı hiss edəcəm”.

Xəstəliyinə görə efirlərə çıxmadığını, mətbuata müsahibə vermədiyini deyən ifaçı xəstəliyin müalicəsi üçün möhlətə ehtiyac olduğunu bildirib: “Özüm efirə çıxmıram, evdə müalicə alıram. Narahat olmayın, çox pis, əlacsız xəstəlik deyil bu. Sadəcə bunun da müalicəsi üçün möhlətə ehtiyac var. Sağalmağım üçün nə lazımdırsa həyata keçirilir”.

Xəstəliyinin bir neçə il bundan öncə başladığını deyən ifaçı müalicəyə gec başladığını bildirib: “4-5 bundan əvvəl xəstəliyin əlamətləri görünməyə başladı, amma o zaman da tam olaraq anlaya bilmədik. Sonra ağciyərimə yığılmış suyu iki dəfə çəkdilər. Amma məlum oldu ki, suyu çəkmək yox, içəridə qurutmaq lazımdır. Bir ildir ki, qurultmaqla məşğulam. Bədənimdə qalan 20 faiz su da tam müalicə olunmalıdır ki, mənim canım da bu xəstəlikdən qurtulsun. Bunu çox istəyirəm”. O həmçinin bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, sevdiyi qarmonundan ayrılmır: “Mən qarmonla yaşayıram, onsuz həyat yoxdur”.


Nərmin


Müəllif:

Oxşar xəbərlər