16:51
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səttar Bəhlulzadə haqqında yayılan rəvayətlərin bəziləri düz olsa da, bəziləri tamamilə yalandır. Dahilər haqda həmişə belə rəvayətlər dolaşır. Amma ən məşhuru var, deyirlər, guya Səttarı elektrik qatarında dilənçi zənn ediblər. O söhbət kökündən yanlışdır, çünki Səttar heç vaxt tək yol getməzdi, o, haradasa oturanda ətrafındakılar başına toplaşardı. Söhbətcil adam idi, söhbətindən doymaq olmurdu”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səttar Bəhlulzadə Ev Muzeyinin keçmiş direktoru, rəssamın bacısı Pərzad xanımın gəlini İradə Abdinova deyib.

Onun sözlərinə görə, Səttar Bəhlulzadə hədsiz təmizkarmış, baxmayaraq ki, köhnə paltarlar geyinməyi sevərdi:

“Mənim həyat yoldaşım Rəfaellə Səttar çox yaxın olub. O danışırdı ki, Səttar xaricə gedəndə pal-paltar alsa da geyinməzdi, evinə gələnlərə hədiyyə verərdi. Riyaziyyatı çox yaxşı bilirdi, o fəndən çətinlik çəkən qohum və məhlə uşaqlarına həmişə yardım edərdi”.

Abdinova deyir ki, Bəhlulzadənin ən sevdiyi məşğulliyyətlərdən biri də gündəlik yazmaqmış:

“Moskvada oxuduğu illərdən bəri gündəlik yazırdı. Ev muzeyində gündəliklər qorunub saxlanılır. Məzəli hadisələri, sənətlə bağlı düşüncələri, arzularını rəngli karandaş və flomasterlərlə qeyd etməyi sevərdi”.


Müəllif: Nərmin

Oxşar xəbərlər