Aprelin 15-də Opera və Balet Teatrında xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti nümayiş olunacaq.
Teatrdan Teleqraf.com-a bildirilib ki, tamaşa görkəmli bəstəkarın 110 illiyinə həsr olunub.
"Qız qalası" Azərbaycan milli baletinin ilk nümunəsidir, ilk tamaşası 16 aprel 1940-cı ildə baş tutub. Həmin vaxtdan tamaşa teatrın repertuarındadır, bir neçə dəfə Moskva və Rusiyanın başqa şəhərlərində, eləcə də Türkiyədə qədim Aspendos teatrında göstərilib.
Tamaşa ilk Azərbaycanlı balet ustası, xalq artisti Qəmər Almaszadəyə həsr olunub. Qəmər xanım uzun illər tamaşada Gülyanaq rolunu ifa edib. Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları Azərbaycanın xalq artisti Gülağası Mirzəyev (Polad) və əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcək.
Nərmin