Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” tamaşasının premyerası baş tutub.
Teleqraf.com xəbər verir ki, tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin simasında bütün şəhidlərin xatirəsinə həsr olunub.
Premyerada Samir Kaçayevin atası, xalq artistləri Həmidə Ömərova, Fəxrəddin Manafov, Mehriban Zəki, Ağakişi Kazımov, Məbud Məhərrəmov və başqaları iştirak edirdi.
Tamaşa Yefim Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (“Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanıb. Yeni səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov, mahnıları isə Çinarə Məlikzadə ifa edib. Tamaşada baş rolları Elnur Kərimov, Günel Məmmədova, həmçinin Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov, Rasim Cəfərov, İlqarə Toska və başqaları canlandırıb.
Nərmin
Fotolar Elçin Murad