31 İyul 2017 17:27
2 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Filarmoniyasında Teymur Əmraha hər hansı vəzifə verilməyib. Teymur Əmrah AzTV-nin işçisidir.

Bu barədə Teleqraf.com-a Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov deyib.

Samir Cəfərov Teymur Əmrahı özünün məsləhətçisi adlandırıb: “Teymur Əmrah mənim məsləhətçimdir. Amma ona Gəncə Dövlət Filarmoniyasında rəsmi vəzifə verilməyib. Bu, yalan məlumatdır. O, AzTV-nin solisti olaraq qalır. Hamının məsləhətçiyə ehtiyacı var, mənim də həmçinin. Teymur bəy yaxşı məsləhətçidir, amma müavinim deyil”.

Qeyd edək ki, dünən yerli mediada Teymur Əmrahın artıq bir müddətdir Gəncə Dövlət Filarmoniyasında direktor müavini vəzifəsində çalışdığı məlumatı yayılmışdı.

Samir Cəfərov bu yaxınlarda Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.

Teymur Əmrahla əlaqə saxlamaq mümkün olmayıb.


Müəllif: Könül

Oxşar xəbərlər