2 Avqust 2017 15:29
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Monotamaşalar Festivalında Azərbaycanı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, festival avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Festivalda rejissor Anar Babalının əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim olunacaq. Monotamaşada əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Bolqarıstanda Monotamaşalar Festivalı ənənəvi olaraq hər il keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq.


Müəllif: Könül

Oxşar xəbərlər