Daxildə bir boşluq yaranıb, onu yəqin ki, yalnız uğurlu işlərlə doldurmaq olar... İlham mənim bütün işlərimi əzbər bilirdi, mənimlə fəxr edirdi...
Bu sözləri rejissor Aqil M.Quliyev ötən ay dünyasını dəyişən qardaşı İlham Quliyev haqqında deyib. O, son zamanlar qardaşı ilə ünsiyyətdə ola bilmədiyi üçün peşmançılıq çəkdiyini etiraf edib:
“İlyuşa, mən çəkilişdəyəm, brat... Bu sözləri çox dedim sənə... Bəlkə də son illər çox ünsiyyətdə ola bilmədik... Əminəm ki, halal etdin mənə... Yenə çəkilişdəyəm, İlyuşa... Həyat davam edir...”
Qeyd edək ki, rejissorun qardaşı İlham Quliyev iyulun 20-də qara ciyərində olan ciddi problemdən dolayı 43 yaşında dünyasını dəyişib.