1 Noyabr 2017 17:58
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ay Polşanın paytaxtı Varşavada 12-ci "FilmAT” film, sənət və turizm festivalı keçiriləcək. Festivalda ölkəmizin nümayəndə heyəti iştirak edəcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2-ci "FilmAT”ın Təşkilat Komitəsi tərəfindən bu ildən etibarən müxtəlif xalqların nümayəndələrindən ibarət tələbə münsiflər heyətinin də yaradılması qərara alınıb. Festival rəhbərliyi tələbə münsiflər heyətinin Polşa, Braziliya və Azərbaycandan olan tələbələrdən təşkil edilməsini təklif edib. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti və onun tərkibində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin 9 nəfər tələbəsindən ibarət münsiflər heyəti yaradılıb.

Festivalda nazirliyin əməkdaşı Almaz Sultanzadə və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova iştirak edəcək.


Müəllif: Fidan Rzayeva

Oxşar xəbərlər