31 Yanvar 2018 11:43
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi hazırda beynəlxalq tender nəticəsində 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalitslərə açıqlamasında deyib.

Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir.

Əbülfəs Qarayevin sözlərinə görə, bu ilin sonuna kimi həmin turizm zonalarının layihələndirilməsi davam edəcək: "Yalnız bundan sonra layihələrin icrasından danışmaq olar. Həmin zonalara turist təşviqi də işlər yekunlaşandan sonra aparılacaq".

Nazir qeyd edib ki, son zamanlar regionlarda 3 ulduzlu otellərin tikintisinə daha çox önəm verilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər