9 Fevral 2018 21:57
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi səhhətim yaxşıdır, hər hansı narahatlıq yoxdur.

Bu sözləri xalq artisti Könül Xasıyeva Teleqraf.com-a açıqlamasında deyib.

Xalq artisti səhhətinin pisləşməsi ilə bağlı tez-tez yayılan xəbərləri təkzib edib:

“Xəbər yayılır ki, vəziyyəti pisləşib, sistem altındadır. Yox, əzizlərim, mənim müalicələrim davam edir. Günü-gündən özümü yaxşı hiss edirəm. Birinci vitse-prezident Mehriban Əliyevanın bağışladığı evdəyəm, müalicələri dövlət yardımı ilə edirəm”.

Xalq artisti konsert verəcəyini bildirib:

“Martın 16-da Heydər Əliyev sarayında 50 illik yubley konsertim olacaq. Dövlətin mənə yardımları sayəsində ayağa qalxdım. Konsertdə sürpriz olacaq”.


Müəllif: İradə Musayeva

Oxşar xəbərlər