Britaniyanın əfsanəvi musiqi qrupu “Bitls”in 1966-cı ildə Yaponiyaya səfəri zamanı çəkilmiş və ictimaiyyətə az məlum olan 60 fotosu bu gün yapon televiziyaları tərəfindən nümayiş etdiriləcək.
Teleqraf.com xəbər verir ki, fotoların satışı isə iyunun 18-də baş tutacaq.
Qeyd olunur ki, fotoları 2008-ci ildə dünyasını dəyişmiş tanınmış yaponiyalı fotoqraf Kasudzi Abe çəkib. Onları bu ilin aprelində mərhum fotoqrafın iş masasında səliqə-səhman yaradarkən onun oğlu aşkarlayıb. Onun sözlərinə görə, kağızların arasında konvert tapıb. Konvertdə isə “Bitls”in heç yerdə dərc olunmamış fotoları yer alıb.