17 Fevral 2019 21:58
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Moraviya əyalətindəki Brno Sərgi Mərkəzində “Styl а Kabo” beynəlxalq stil və moda ideyaları yarmarkası keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə 250-dən çox şirkət iştirak edir. Onların 40 faizi xarici ölkələrin təmsilçiləridir. Festivalın qonaqları 21-dən artıq ölkəni təmsil edən istehsalçıların məhsulları ilə tanış olacaqlar.

Yarmarka “B2B” formatında – yəni, ilk növbədə moda və tikiş istehsalatı sahəsində məşğul olanlar üçün keçirilir. Builki yarmarkada yeni bölmə - “Design Street” açılıb. Bu sənətə yeni başlayan kreativ dizaynerlərin məhsulları bu bölmədə təqdim edilir. Onlar fərdi sifarişləri hazırlamaqla yanaşı, tanınmış brend və mağazalarla əməkdaşlıq etmək fürsəti da qazanacaqlar.
/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər