Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə yazıçı Firuz Mustafa “Facebook” səhifəsində məlumat yayıb və bu sözləri yazıb:
"Babək Osmanoğlunu itirdik... Babək Qurbanov bu müvəqqəti dünyaya “əlvida” deyib gözlərini yumdu, əbədiyyətə qovuşdu".
Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov bu gün atasının yanında, Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki.B.Qurbanovun 80 yaşı var idi və o, ömrünün son illərini Türkiyədə yaşayıb və müxtəlif universitetlərdə mühazirələr oxuyub.