Türkiyənin “Trabzonspor” klubunun tərəfdarları Cem Yılmazın filmini boykot etmək üçün kampaniya keçirir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bordo-mavililər “Fənərbaxça” klubunun çəkdiyi “Edalete Fener Yak” çarxında rol alan Cem Yılmazın 2 oktyabrda nümayiş olunacaq “Pek yakında” filmini boykot edirlər.
Fanatlar kampaniyaya “Cem Yılmazı izləmə, izlətdirmə” şüarı ilə başlayıblar. Boykota “Qalatasaray”lılar da dəstək verir. Boykotçular filmin Trabzondakı kinoteatrlarda nümayiş etdirilməməsini istəyir.
Rüstəm