24 Avqust 2021 17:08
4 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zümrüd Məmmədovanın bacısı, AzTV-nin rejissoru Arzu Məmmədova 50 yaşında koronovirusdan dünyasını dəyişib.

Bu haqda Teleqraf.com-a Zümrüd Məmmədova məlumat verib: "Bacım gecə saat 2-də vəfat etdi. Bu gün dəfn olundu. Allergiyası var idi və bir həftə əvvəl vaksin vurdurmuşdu. Ona peyvənd olmazdı. Üç gün idi koronavirusa da yoluxmuşdu.

Axşam vəziyyəti ağırlaşdı və gözümün qabağında dünyasını dəyişdi. Bacımın 50 yaşı var idi. İki övladı qaldı".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər