14 Aprel 2022 17:41
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər mahnıları vətənpərvərliyi, Vətənə, millətə bağlılığı, möhtəşəm qələbəmizi özündə ehtiva edir. O cür musiqilər gündəlik radiolarda, toylarda, şənliklərdə səslənsə çəkisini itirər. Hər bir mahnının səslənmə yeri, zamanı var. Düşünürəm ki, o musiqiləri tez-tez səsləndirib ucuzlaşdırmağa ehtiyac yoxdur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, bəstəkar Faiq Sücəddinov deyib.

O bildirib ki, II Qarabağ müharibəsi dövründə 19 mahnı yazıb: “Müharibə zamanı və ondan sonra da çox əsərlər yazılıb. Mənim müəllifi olduğum 19 mahnı var. Bəzilərini hətta özüm də ifa etmişəm.

Zəfərimizin ildönümündə 22 dəqiqəlik “Zəfər” simfonik poemasını təqdim etdim. İdeya müəllifi Ramiz Fətəliyevlə mənə məxsusdur. Sözlərin müəllifi Səlim Babullaoğludur. Vətənpərvər insan, gözəl şairdir. “Zəfər” üçün yazdığı sözlər insanın ruhunu oxşayır.

80 nəfərlik bir xor heyətinin müşayətilə Samir Cəfərovun ifası dinlənilməlidir. “Zəfər” poeması İctimai Televiziya yayımlanıb. Həmçinin yutub şəbəkəsinə yerləşdirilib. Kim maraqlansa açıb qulaq asa bilər. Onu da əlavə edim ki, simfonik poema bu il Şuşada da səslənəcək”.


Müəllif: Nərmin Muradova