Britaniyalı aktyor Liam Nison döyüş qəhrəmanı kimi karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, aktyor bu barədə "People" jurnalına söhbətində deyib.
O bildirib ki, 2025-ci ildən indiyədək dublyorsuz çəkildiyi döyüş filmlərindəki rollardan imtina edəcək.
“Mənim 72 yaşım var - müəyyən mərhələdə bu artıq dayandırılmalıdır. Siz insanları aldada bilməzsiniz”, - deyə aktyor bildirib.
Qeyd edək ki, Liam Nilson "Şindlerin siyahısı" filmindəki roluna görə "Oskar"a (1994) namizəd olub, həmçinin "Səfillər" və "Ulduz müharibələri" filmlərindəki rolları ilə də məşhurlaşıb.