16 Aprel 2022 22:33
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Conni Depp və aktrisa Ember Hördün qalmaqallı boşanmasından beş il keçsə də məhkəmə prosesləri hələ də davam edir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Ember Hördün keçmiş köməkçisi Keyt Ceyms aktrisanı aqressiv davranışda ittiham edib, Conni Deppi əsl centlimen adlandırıb.

Məhkəmədə keçmiş köməkçi aktrisa tərəfindən təhqirlərə məruz qaldığını, alçaldıldığını deyib.

O iddia edir ki, aktrisa təkcə içki içməyib, həm də kokaindən istifadə edib. Ceyms qeyd edib ki, o, Ember Hördün bədənində heç vaxt kəsik və qançır görməyib: “Aktrisanın o illərdə evli olduğu aktyor Conni Depp sakit və utancaq “əsl centlmen” idi.

Conni Depp və Ember Hörd 2015-ci ilin fevralında ailə qurublar. Bir ildən sonra cütlüyün münasibətləri gərginləşib və onlar boşanmaq üçün məhkəməyə müraciət ediblər. Daha sonra Depp keçmiş həyat yoldaşını məhkəməyə verib və özünü məişət zorakılığının qurbanı adlandırdığı “The Washington Post”da dərc olunan məqaləyə görə 50 milyon dollar tələb edib. Aktyor Hördün dediklərinin böhtan olduğunu vurğulayıb.

2020-ci ilin fevral ayında ulduzların sosial şəbəkəyə yayılan səs yazısında aktrisa Ember Hörd keçmiş əri Conni Deppi döydüyünü etiraf edib.


Müəllif: Nərmin