6 May 2022 09:23
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fuad Poladov haqda “Skafandrlı adam” kitabı nəşr ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Parlaq İmzalar Nəşriyyatı yayıb.

“Tezliklə sevimli sənətkar haqqında ailəsinin də istəyi ilə Aygün Aslanlının hazırladığı “Skafandrlı adam” kitabını nəşr edəcəyik.

Bu kitab Fuad Poladovun sirli və gözəl dünyasına yaxınlaşmaq üçün önəmli bir materialdır. Çoxdandır gözlənilən bir kitabdır…”

Kinoşünas Aygün Aslanlı saytımıza açıqlamasında kitabın bir neçə il öncə yazıldığını deyib: "Kitab Fuad müəllimin sağlığında yazılmışdı. Bu baxımdan bəzi köhnələn mətnlər çıxarıldı, yeniləri əlavə olundu.

Sözün düzü, bu kitabın çap olunacağına ümidimi itirmişdim. Dostlarla çoxsaylı cəhdlərimiz boşa çıxmışdı. Keçən il Fuad Poladovun oğlu Ağarəhimlə danışdıq və bildirdi ki, öz hesabına kitabı çap etdirəcək. Kitabın dizaynından tutmuş ən xırda məsələlərinə qədər Ağarəhim məşğul olub. Bütün təşəkkürlər ona ünvanlanmalıdır”.


Müəllif: Nərmin Muradova