18 May 2022 20:25
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Açığı, bu, çox uzun proses oldu və narahatlıq yaratdı. Amma “Qəhrəman”ın ideyası sənədli filmdən götürülməyib. Düşünürəm ki, məsələ mütləq həll olunacaq. Belə pis təəssürat yaratdığı üçün çox üzgünəm”.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri plagiatlıqda ittiham olunan, iki dəfə “Oskar” mükafatına layiq görülmüş iranlı rejissor Əsgər Fərhadi 75-ci Kann Film Festivalında jurnalistlərin sualını cavablandırarkən deyib.

“Bu filmin ideyası olmuş hadisəyə əsaslanır”

Rejissor həmin sənədli filmi yaradıcılıq emalatxanasında gördüyünü və bir tələbə ilə bu barədə söhbət etdiyini təsdiqləyib: “Lakin “Qəhrəman” filmini çox sonralar çəkdim və bu, plagiat kimi qəbul edilə bilməz. “Qəhrəman”da baş verənlərlə sənədli filmdə baş verənlər tamam fərqli şeylərdir. Bəzi jurnalistlərin bu dezinformasiyanı niyə yaydığını görməliyik.

Biz bədii filmlər çəkilik və ona görə də “Qəhrəman” filmində etdiklərimin emalatxanadakı işlərlə əlaqəsi yoxdur. Mövzu gündəm olan hadisədən bəhs edir, həm o sənədli film, həm də “Qəhrəman” emalatxanadakı təlimlərdən iki il əvvəl baş vermiş hadisəyə əsaslanır.

Bir hadisə baş verəndə və mətbuata sızanda artıq o, ictimailəşir və siz bu barədə nə istəsəniz edə bilərsiniz. Siz hadisə haqqında hekayə yaza və ya film çəkə bilərsiniz. O hadisə ilə bağlı hər cür informasiyanı, tədbirləri incələyə bilərsiniz. “Qəhrəman” da bu hadisənin sadəcə bir təfsiridir”.

“Qadını həbs və 75 şallaq gözləyir”

Məzizadənin ittihamından sonra Fərhadi diffamasiya iddiası qaldıraraq, səsləndirilən fikirləri dəstəkləmək üçün “kifayət qədər dəlil” olmadığını bildirib. Məzizadə təqsirli bilinərsə, onu 2 ilə qədər həbs və 75 şallaq cəzası gözləyir, çünki cismani cəza hələ də İran cəza sisteminin bir hissəsidir.

Qadının qarşılaşa biləcəyi cəza ilə bağlı hislərini soruşduqda, Fərhadi sualı ört-basdır edərək bunları deyib: "Açığı, bu, çox uzun proses oldu, müəyyən diskomfort yaratdı. Amma “Qəhrəman” filminin ideyası sənədli filmdən götürülməyib. Hətta filmdən gələn gəlirin ikimiz arasında bölüşdürülməsi də təklif olunub. Düşünürəm ki, məsələ mütləq həll olunacaq. Belə pis təəssürat yaratdığı üçün çox üzgünəm”.

Bəs “Qəhrəman” nədən bəhs edir?

Filmin süjet xətti belədir: Borclu olduğu üçün həbsxanaya salınmış, llakin məzuniyyətə buraxılan adam bir kisə pulla rastlaşır. Öz imicini yaxşılaşdırmaq üçün o, pulu səlahiyyətli şəxslərə təhvil vermək qərarına gəlir.

Məzizadə Fərhadinin təlimi zamanı bu hekayə əsasında “Bütün qaliblər, bütün uduzanlar” sənədli filmini hazırladığını iddia edərək məhkəməyə müraciət edib və daha sonra Fərhadidən filmin ideya müəllifi olduğunu bildirən sənədə imza atmasını istəyib.

İran məhkəməsi rejissorun”Qəhrəman” filminin ideyasının tələbələrindən biri Azadə Məzizadəyə məxsus sənədli filmindən götürüldüyü barədə ilkin qərar qəbul etmişdi. Məsələnin həll yollarından biri “Qəhrəman” filminin kinoteatr və onlayn nümayişlərindən əldə olunan gəlirin Azadə Məzizadəyə verilməsi idi. Həmçinin Fərhadi həbs cəzası da gözləyirdi.

Məlumat üçün bildirək ki, "Qəhrəman" filmi Kann Film festivalında "Qızıl palma" mükafatına layiq görülüb. Əsgər Fərhadi isə bu il 75-ci Kann Film festivalının münsiflər heyətində yer alır.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər