Türkiyəli rejissor Emin Alperin “Quraq günlər” filminin 75-ci Kann Film Festivalında dünya premyerası gerçəkləşəcək.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, filmin rejissoru Emin Alper, baş rol ifaçıları, sevilən aktyorlar Ekin Koç və Səlahəttin Paşalı, həmçinin aktrisa Selin Yeninci hazırda Kann Film Festivalındadırlar. Qırmızı xalıdan keçən yaradıcı heyət filmin bu gün baş tutacaq dünya premyerasında iştirak edəcəklər.
Film Festivalın “Un Certain Regard” bölməsində yarışır.
Film quraqlıq problemi ilə üzləşən Yanıqlar qəsəbəsinə təyin edilən gənc prokuror Əmrə ilə bələdiyyə rəisi Səlim, yerli jurnalist Murat və qəsəbənin digər tanınmış insanları arasındakı gərginlik və çəkişmələrdən bəhs edir.
"Quraq günlər"in payız aylarında geniş ekranlara çıxması gözlənilir.