Məşhur aktyor Leonardo Di Kaprio dörd illik münasibətdən sonra model Kamilla Morronedən ayrılıb.
Bunu Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir.
47 yaşlı aktyor və 25 yaşlı modelin münasibəti 2018-ci ilin yanvarında Di Kaprionun dostu və həmkarı Tobey Maquayrenin təşkil etdiyi məclisdə ifşa olmuşdu. Cütlük isə birlikdə yalnız 2020-ci il Oskar mərasimində rəsmi ictimaiyyət qarşısına çıxıb.
Di Kaprionun pərəstişkarları düşünürlər ki, aktyor yalnız 25 yaşından kiçik qadınlarla görüşür. Bu ilin iyun ayında aktyorun fanatları iddia etdilər ki, Leo Morronenin doğum günündən sonra ondan ayrılacaq.
İndiyə qədər Di Kaprionun adı Bleyk Liveli, Keyt Moss, Nina Aqdal, Bar Refaeli və Qisil Bündçenlə hallanıb. İddialara görə aktyorla münasibətləri zamanı onların hamısının 25 yaşı olub.