30 Noyabr 2022 16:56
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya səfirliyi sosial şəbəkədə məlumat verib.

"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Bu filmin səhv anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldik.

Filmdə uzun illərdir bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var.

Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi nəzərdə tutulmuşdu.

Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil".


Müəllif: Nərmin

Oxşar xəbərlər