“Mən oxuduğum mahnılarda yaşadığım illər, o mahnıya verdiyim hissiyyat, ürəyim əks olunur. Mənim mahnıya verdiyim duyğuları başqa bir müğənni verə bilməz”.
Bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Onun sözlərinə görə, korifey bəstəkarların mahnılarına müdaxilə etmək yolverilməzdi:
“Mən öz mahnılarıma sahib çıxmayanda mahnılarım yeni ifalarda eybəcər halda tamaşaçılara təqdim olunur. Və gənclər o versiyanı eşidib, yaddaşlarında elə də saxlayırlar. Bu, mənə mənə əzab verir. O ifaları eşidəndə çox sınıram. Mahnılarımı oxuyan insanlar mənim mərhələmə çata bilmədilər, amma qəbul olundular. Və mənə görə də adları səsləndi, cəmiyyətdə- bizlərin arasında yer tuta bildilər. Amma onlar sənətkarlıqdan çox uzaqdırlar. Biz hər zaman demokratiyanın olmasının tərəfdarıyıq. Amma bunu bilməz lazımdır ki, mənəviyyatda, tərbiyədə demokratiya ola bilməz. Bu demokratiya yox, hərc-mərclik, özbaşınalıq olur. Milli sərvətə münasibətdə demokratiya heç vaxt ola bilməz. Ona görə musiqimizə kömək etmək, onu qorumaq lazımdır. Emin Sabitoğlunun, Oqtay Kazıminin və digər korifey bəstəkarların mahnılarına müdaxilə etmək mümkün deyil. Bunun üçün ürək lazımdır”.
Pərvin