29 Dekabr 2014 08:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İçəri şəhər" tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında çəkilən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər