Liverpulda keçirilən "Avroviziya 2023" mahnı müsabiqəsinin qalibi 583 xalla İsveç təmsilçisi Lorin oldu.
Teleqraf.com xəbər verir ki, Lorin müsabiqədə "Tattoo" mahnısını ifa edib. Həm tamaşaçılar, həm də münsiflər tərəfindən yüksək qiymət alan ifaçı ilk dəfə deyil ki, "Avroviziya" qalibi olur.
Beləki, Bakıda keçirilən "Avroviziya 2012" mahnı müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdu.
Builki müsabiqədə Finlandiya 526, İsrail 362, İtaliya 350 toplayıb.
***
"Avroviziya" 2023 beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Teleqraf.com xəbər verir ki, Liverpulda keçirilən yarışmada 26 ölkə yarışır.
Ukrayna adından İngiltərədə keçirilən müsabiqənin finalına vəsiqə qazanan digər ölkələr bunlardır: Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya, Ukrayna, Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya.
Xatırladaq ki, bu il müsabiqədə Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar birinci yarımfinal günündə mübarizəni dayandırdılar.