Bir qrup tanınmış kino xadimləri İlham Əliyevə məktubla müraciət ediblər.
Bu barədə Teleqraf.com-a Peşəkar Kinorejissorlar Gildiyasından məlumat verilib.
Məlumatda qeyd olunur ki, xalq artistləri Şəfiqə Məmmədova, Rasim Balayev, xalq yazıçısı Anar, xalq artistləri Oktay Mir-Qasım, Vaqif Mustafayev, Fəxrəddin Manafov, Həmidə Ömərova, xalq şairi Ramiz Rövşən, əməkdar incəsənət xadimləri Hüseyn Mehdiyev, Ayaz Salayev, Cəmil Quliyev Azərbaycan milli kino sənətinin məbədi olan “Azərbaycanfilm” kinostudiyasının "ölkəmizdə tarixi və mədəni rolunu, yaradıcılıq və istehsalat fəaliyyətinin əhəmiyyətini, fondlarının zənginliyi və nadirliyini, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərini" nəzərə alaraq və 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar təşkilati-hüquqi forması dəyişdirilərək, kinostudiyamıza onun ölkəmiz və xalqımız üçün əhəmiyyətini təsdiq edən “Milli” statusunun verilməsi təklifi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə məktubla müraciət ediblər.