11 Avqust 2023 22:27
2 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstehsalçı və platforma belə bir qərar qəbul edib. Mənim üçün əsas odur ki, hekayə tamaşaçı ilə düzgün şəkildə görüşsün. Sözsüz ki, Atatürk artıq dünyanın ən böyük liderlərindən biridir. Bu rolu oynayan və bu məsuliyyəti üzərinə götürən insan olaraq Atatürkü və layihəni qorumaq mənim ən böyük borcumdur. Buna görə də serialın bütün dünyada izlənilməsi üçün əlimdən gələni edəcəyəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Atatürk" serialında Mustafa Kamal Atatürkü canlandıran aktyor Aras Bulut İynəmli ekran işinin "Disney+" platformasından ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ötən ildən Türkiyədə yayıma başlayan “Disney Plus” rəqəmsal platformasının ən gözlənilən layihəsi “Atatürk” serialı idi. Mehmet Ada Öztekinin rejissor kürsüsündə oturduğu serialda Mustafa Kamal Atatürkü Aras Bulut İynemli canlandırıb. “Disney Plus”ın “Atatürk” televiziya serialının beynəlxalq yayımını dayandırması xəbəri Türkiyədə etirazla qarşılanıb. Bir çox məşhurlar baş verənlərə reaksiya versə də, bəzilərinin susması da müzakirələrə səbəb olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər