17 Yanvar 2015 16:18
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu həyatda insana arxa, dayaq lazımdır. Mən həyat yoldaşıma çox arxalanıram. Hər zaman deyirəm, seçimimdə bəxtim gətirib”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Musiqili Teatrın aktyoru, əməkdar artist Əkbər Əlizadə deyib.

Ailəsinin ona hər zaman dəstək olduğunu açıqlayan aktyor övladlarından danışıb: “Mənim böyük qızım həyat yoldaşımdan daha qısqancdır. Və bunu hər zaman büruzə verir. Teatra gəlib, oynadığım tamaşaya baxır, sonra evə gələndə məni sorğu-suala çəkir. Deyir, səhnədə oynadığın qızın niyə əlindən tuturdun, niyə qucaqladın? Sonra da yoldaşıma deyir ki, mən onu gördüm, imkan vermə ona belə eləsin. Bəzən evdən çıxanda köynəklərimi o seçir. Lap qəşəng geyinirəm, deyir, belə geyinərsən, elə bilərlər bizim pulumuz çoxdur”.

Nərmin


Müəllif: