28 Yanvar 2015 14:17
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz bayramı şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniş tərkibli müşavirə keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməkdaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, yaradıcı şəxslər iştirak edirdi.

Ədalət Vəliyev bildirib ki, Novruz bayramının bu il də əsl təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalanıb, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqlar verilib. O qeyd edib ki, Novruz bayramının rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər