22 İyul 17:06
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teatr Xadimləri İttifaqının sədri olaraq üzərimə böyük vəzifə düşür. Bu vaxta qədər İttifaqın on sədri olub, hamısı da xalq artisti idi. Onların işini davam etdirmək çox böyük məsuliyyətdir, amma şərəfli işdir. Mən də çalışacağam ki, Teatr Xadimləri İttifaqının gördüyü işlər Azərbaycan teatr sənətinin inkişafına xidmət etsin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov deyib.

"Azərbaycan Teatr Xadimləri İttifaqının məqsədi ölkəmizdə teatr sənətinin inkişafına kömək etməkdir. Bu məqsədlə bu il bölgələrdəki teatrları “Qonaq teatr” layihəsinə dəvət etdik. Bölgələrdən olan teatr kollektivləri Bakıya çox böyük sevinc və həvəslə gəlirlər. Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər