27 İyul 21:40
2 367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna rus aktrisa Çulpan Xamatovanın Venesiya kinofestivalında iştirakını qadağan etmək istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində bəyanatında deyilir.

Onlar Xamatovanı Putinin keçmiş tərəfdarı adlandırıblar. Xarici İşlər Nazirliyinin məlumatına görə, sənətçinin ölkəni çoxdan tərk etməsinə baxmayaraq, onun Rusiya prezidenti ilə keçmiş əlaqələri suallar doğurur. Departament qeyd edib ki, Ukraynada münaqişə davam etdiyi bir vaxtda Rusiya liderinə hakimiyyətin möhkəmlənməsinə kömək edənlər qırmızı xalıda olmamalıdır.

Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonunda Çulpan Xamatova Rusiyanı tərk edərək uşaqları ilə birlikdə şəxsi evi olduğu Latviyaya köçüb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər