14 Aprel 2015 14:44
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 5-də Nizami Kino Mərkəzində “Dərs” bədii filminin təqdimatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə uşaqlar üçün çəkilmiş film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkilib.


Təqdimatdan sonra məktəblilər üçün Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər