Xalq artisti, aktyor və rejissor Ağaxan Salmanlı Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşaya quruluş verib.
Əhməd Orucəlinin "Nənənin kələyi" komediyası əsasında səhnələşdirilən tamaşanın premyerası mayın 1-3-də baş tutacaq.
Tamaşanın quruluşçu rəssamı Rəfael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rolları Eyvaz Əliyev, Fəridə Məmmədova, Paşa Salmanov, Amil Fərzəliyev, Afiq Yusifov, Jalə Davıdova, Hüseyn Mustafayev, Asim Məmmədov və Ruhəngiz Abdullayeva ifa edir. Qeyd edək ki, "Nənənin kələyi" komediyası uzun illər əvvəl ilk dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub.
Nərmin