Mayın 21 -dən etibarən Nizami Kino Mərkəzində “Adalin əsri” və “Azem 2: Cin Garezi” filmlərinin nümayişi başlanılıb.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, filmlərdən biri Türkiyə istehsalıdır. İlin qorxu filmini ekranlaşdıran rejissor Erdinç Kazımoğludur. Ekran əsəri ata və qızın tükürpədən hekayəsindən bəhs edir.
Digər film “Adalin əsri” iyirminci əsrin əvvəlində dünyaya gələn və artıq 100 il həyat sürən, amma qocalmayan Adalindən bəhs edir. Uzun həyat yolu keçdiyinə baxmayaraq Adalin hələ də sevə biləcək insanı tapa bilməyib. Nəhayət o, belə birisiylə qarşılaşır və ölməzlikdən vaz keçərək, onunla həyat sürmək və birgə qocalmaq istəyir. Rejissor Li Toland Krigerin ekranlaşdırdığı film dram, melodram janrındadır. Rollarda Bleyk Layvli, Mixil Hauşman, Keti Beyker, Harrison Ford, Ellen Berstin, Amanda Kryu, Linda Boyd, Xyu Ross, Ricard Hermon və Fulviyo Çeçere çəkiliblər.
Nərmin