12 İyul 2015 08:04
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi yeni mövsümdə bir sıra konsert proqramı ilə çıxış edəcək.

Teatrın simfonik estrada orkestri görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində keçiriləcək silsilə tədbirlərdə və Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalında iştirak etmək üçün indidən hazırlıq məşqlərinə başlayıb. Kollektiv müxtəlif kompozisiyalarla çıxış edəcək. Nəzərdə tutulan instrumental kompozisiyalar Üzeyir Hacıbəylinin musiqi əsərlərindən ibarət olacaq.

Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov Teleqraf.com-a bildirib ki, bundan əlavə, orkestr xarici bəstəkarların əsərlərinə də müraciət edəcək.


Müəllif:

Oxşar xəbərlər