26 Avqust 2015 23:07
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova “Zaman adlı qatar” filmində canlandırdığı obraz haqqında danışıb.

Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, filmdə ana obrazını canlandırır: “Ekran əsərində bir çox tanınmış aktyorlar iştirak edir və baş rolu rəqqasə Oksana Rəsulova oynayır. Mən isə gəlinini itirmiş ana obrazını canlandırıram. Ana gəlinini itirdikdən sonra oğlu və nəvəsi ilə yaşayır. Oğlunu kədər və qəmdən qurtarmaq üçün çıxış yolları axtarır. Bu obrazım “Bir ailəm var” serialında canlandırdığım Əsmərdən tamamilə fərqlidir. Onu da deyim ki, filmdə Oksananı iki obrazda - gəlinim və gəlinimə bənzəyən müğənni obrazında görəcəksiniz”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər