7 Sentyabr 2015 10:34
882

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov gecə dünyasını dəyişib.

Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov Teleqraf.com-a bildirib ki, xalq artistinin fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrında aktyorla vida mərasimi keçiriliməyəcək: “Hazırda məlumat aldım ki, ailəsinin istəyi ilə evindən götürələcək və dəfn olunmaq üçün Masallı rayonuna aparılacaq”.

Qeyd edək ki, Xalq artisti qəflətən infarkt keçirib və xəstəxanaya aparılan zaman yolda vəfat edib.

Bildirək ki, tanınmış aktyorun 57 yaşı vardı.

Rəqsanə Həsənova


Müəllif:
Загрузка...