Xalq artisti Fidan Hacıyeva “Arşın mal alan” operettasında Gülçöhrə obrazını oynayacaq.
Teleqraf.com-a açıqlama verən xalq artisti bildirdi ki, ilk dəfədir ki, bu obrazı ifa edəcək.
Onun sözlərinə görə tamaşa noyabrın 28-də baş tutacaq: “Artıq mənim böyük sənət təcrübəm var. Və çox böyük həvəslə, sevinclə bu obraz üzərində işləyirəm. Ümumiyyətlə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin çox gözəl əsərləri var. Bu obrazı da ifa etdiyimə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, tamaşa Opera və Balet Teatrında nümayiş olunacaq.
Rəqsanə