Xalq artisti Zərnigar Ağakişiyevanın səhhətində problem yaranıb.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkir: “14 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bir həftə əvvəl səhhətim çox pisləşdi. Bu xəstəlikdə kim qurtarıb ki, mən də qurtarım? İnsan hər zaman o xəstəliklə yaşayır. 14 il əvvəl şəkər xəstəliyinə görə komaya düşmüşdüm. Xəstəliyimə görə pəhrizimə fikir verirdim, amma son vaxtlar nəzarət etmirəm. Hazırda səhhətim pis deyil. Həkim nəzarətindəyəm”.
Rəqsanə