“Böyük şairimiz Zəlimxan Yaqubun vəziyyəti ağırlaşıb. Mən ona can sağlığı arzu edirəm”.
Bu sözləri Teleqraf.com-a xalq artisti İlhamə Quliyeva deyib: “Arzu edirəm ki, Yeni il ərəfəsində sağalsın, ayağa qalxsın. Allah ona uzun ömür versin. Zəlimxan Yaqubun poeziyası nəinki Azərbaycanda, bütün türk dünyasında məşhurdur. Repertuarımda böyük şairin sözlərinə yazılmış mahnılar var. Bütün xalqımız onun üçün dua edir. Mənim dualarım çox müqəddəsdir. Ağzımdan çıxan bütün dualar Allah tərəfindən tez qəbul edilir. İnşallah, tezliklə səhhəti yaxşılaşsın və yaşayıb, yaratsın!”.
Rəqsanə