11 Fevral 2016 16:43
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com ədəbiyyat adamları arasında sorğu keçirib: “Ən çox sevdiyiniz film hansıdır?”

Səslənən fikirləri təqdim edirik:

Nəriman Əbdülrəhmanlı: “Hazırda Fransada yaşayan məşhur gürcü rejissoru Otar İoselianinin "Pastoral" filmini çox bəyənirəm. İlk dəfə baxanda çox sarsılmışdım, o sarsıntını indi də xatırlayıram. "Pastoral" ən azı ildə iki dəfə baxmağa ehtiyac duyduğum filmdi”.


Əyyub Qiyas: “"Bir dəfə Amerikada" filmi çox xoşuma gəlir. Çünki orada kinematoqrafiyanın bütün imkanlarından ustalıqla istifadə edilib. Mövzu-ssenari, rejissor işi, operator işi, musiqi, çəkiliş üçün obyektlərin seçilməsi və təbii ki, möhtəşəm aktyorların iştirakı filmi çox baxımlı edir. Dəqiq sayını deyə bilmərəm, amma onu deyim ki, o filmə dəfələrlə, hər dəfə də böyük zövqlə baxmışam”.

Rəbiqə Nazimqızı: “Ən çox sevdiyim film Antonioninin "Fotoböyütmə" filmidir. İntəhası, filmlər əhvaldan asılı olaraq dəyişir”.

Aqşin Yenisey: “Son illər baxdığım ən maraqlı filmlərdən biri Emir Kusturitsanın "Underground" filmidir. Yuqoslaviya kommunist hərəkatının hakimiyyətə necə gəlməsindən bəhs edir. Ümumiyyətlə, bu film bütün siyasi inqilabların kütlədən gizlədilən məqamlarına aydınlıq gətirir. İkinci Dünya müharibəsi ilə başlayan film serb-alban müharibəsi ilə başa çatır. Məncə, Kusturitsa bu filmlə onu demək istəyir ki, müharibə də, ona qarşı aparılan azadlıq mübarizəsi də yalnız primitiv beyinlərin oyunlarıdır”.

Qılman İman: “Doğrusu, film izləməyi hələlik adətə çevirməmişəm. Arada dostlardan kimsə bir film məsləhət görəndə baxıram. Ən çox sevdiyim filmlərdən biri Stevan Kinqin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş "Şouşenkdən qaçış"dı".

Müşfiq Xan: “Əlbəttə, uşaqlığımızdan bugünümüzə qədər yaddaşımızda dərin iz buraxan filmlər çoxdur. Məsələn, "O olmasın, bu olsun" kimi şedevri istənilən ovqatda, istənilən vaxt təkrar izləmək ləzzət edir. Sovet filmlərindən uşaqlıqdan bəri ən çox sevdiyim üçseriyalı "Elektronikanın macəraları" filmidir. Hələ indi də əhvalım yaxşı olanda bu filmin soundtrekini tez-tez zümzümə edirəm. Son dövrlərdə baxdıqlarım arasında ən çox sevdiyim fransız romantik komediyası "Ameli Pulenin qeyri-adi taleyi" filmidir".

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər