17 Fevral 2016 11:46
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəm Əylisli bu yaxınlarda Seymur Baycana verdiyi müsahibədə Çingiz Aytmatovdan tərcümə elədiyi “Əlvida, Gülsarı” əsəri haqqında bunları deyib: “Əsərdə çobanla raykom katibi elmi dildə danışırlar. Mən məcbur oldum ora bir az əlavələr etdim. Aytmatov üzdə olan şeyləri yazıb. Onu da çox şişirtmək lazım deyil…”

Teleqraf.com onun fikirləri ilə bağlı yazarlarımızın mövqeyini öyrənib. Səslənən fikirləri təqdim edirik:

Zahir Əzəmət: “Əgər Əkrəm müəllim doğrudan da tərcümə zamanı Aytmatovun əsərinə ürəyi istədiyi əlavələri edibsə, bu, normal hal deyil. Oxucu ilə müəllifin arasına girib, oxucunu aldadıb, ona verilən balaca bir tapşırıqdan sui-istifadə edib. Aytmatova bir yazıçı kimi münasibətinə gəlincə, bu, onun şəxsi münasibətidir, tərcümə zamanı etdiklərindən fərqli olaraq, kefi istədiyi fikri söyləməsində bir qəbahət yoxdur”.

Şərif Ağayar: “Əkrəm Əylisli fərqli tərcüməçidir. Onun çevirmələri müəllifindən çox Əkrəmin öz yazılarına oxşayır. Amma təbii ki, estetik dəyəri aşağı düşmür. Misal üçün, mən uzun müddət Haynrix Böllün “O illərin çörəyi” əsərini Əkrəminki hesab etmişəm. Yaxud Markesin “Gözlənilən bir qətlin tarixçəsi” nəinki Azərbaycan, hətta Əkrəm dilində yazılmış əsərdir. Peşəkar tərcüməçilikdə bu, keçərli deyil. Müəllifin orijinal üslubu saxlanmalıdır. Hətta zəiflikləri də görünməlidir. Əkrəm bu qaydanı bilə-bilə pozur, amma dediyim kimi, yaxşı pozur”.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər