Bu gün xalq artisti Fuad Poladovun 68 yaşı tamam olur.
Ad günü təəssüratlarını Teleqraf.com-a bölüşən Fuad Poladov bu gün daha çox iş başında olduğunu bildirib: “İş başında olmuşam. Səhərdən teatrdayam və yeni tamaşa təhvil verməliyik. Yəni ki, saat 23.00-dək işdəyəm. Tamaşanı təhvil verdikdən sonra ad günümü ailə üzvlərimizlə qeyd edəcəyik”.
Qeyd edək ki, Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda anadan olub. Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. Akademik Milli Dram Teatrı və Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar tamaşaçılar tərəfindən sevilib. Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb.
Rəqsanə