2 May 2015 10:33
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” I Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Yardımlı şəhəri olub.

Teleqraf.com xəbər verir ki, festival çərçivəsində Yardımlıda saat 11:00-da məşəl estafeti olacaq. Qarşılaşma mərasimi saat 12:00-da Heydər Əliyev meydanında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 12:30 üçün nəzərdə tutulub.


Məşəlin Azərbaycan səyahəti Yardımlıdan keçərək günortadan sonra Masallıya yürüşlə davam etdiriləcək. Masallıda festivala saat 17:00-da məşəl estafeti ilə start veriləcək. Qarşılaşma mərasimi saat 18:00-da Heydər Əliyev meydanında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 19:00-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.


10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.


Müəllif:

Oxşar xəbərlər