7 May 2015 11:34
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Pirallahı Rayon İcra Hakimiyyəti və FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov rayon ərazisində həyata keçirilən abadlıq və yenidənqurma işləri barədə məlumat vermiş, Avropa Oyunlarının ölkədə idmanın inkişafına verəcəyi töhfədən danışıb.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “I Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər