I Avropa Oyunları zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Teleqraf.com xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayonda I Avropa Oyunları ilə əlaqədar yaradılmış qərargahda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görmüş və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir.
Etibar Mirzəyev, tədbir iştirakçılarına I Avropa Oyunları ilə bağlı nazirlik tərəfindən yaradılan qərargah haqqında ətraflı məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb.
“Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri də, tədbirdə iştirak edib.
BAOƏK əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülmüş işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.
İLHAMƏ