12 May 2015 13:04
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İdman körpü sala, gözləri aça və sərhədlərdən kənar dialoqun başlanğıcı ola bilər"

Teleqraf.com apa-ya istinadən xəbər verir ki, bu sözləri İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberg deyib. "Biz Avropa Oyunlarına hazırlıqlar üçün qısa vaxt qaldığından, olduqca sıx idman təqviminin bəzi idman növləri üçün və ən yaxşı idmançıların iştirak etməsi üçün çətinlik yaradacağından narahat idik. Lakin biz Bakının ev sahibliyi etməsinə qarşı səs vermədik".


S. Linderbeng bildirib ki, İsveç I Avropa Oyunlarında təmsil olunacaq: "Biz Bakıya mümkün olan ən güclü komandanı göndərəcəyik".

Olimpiya Komitəsinin prezidenti qeyd edib ki, idman körpü sala, gözləri aça və sərhədlərdən kənar dialoqun başlanğıcı ola bilər.


O daha sonra qeyd edib: "İdmanda və Olimpiya Hərəkatında hər bir şəxs üçün hörmət əsasdır. Avropa Oyunları, bütün idman tədbirləri kimi, ev sahibliyi edən ölkədən asılı olmayaraq təbii ki, olimpiya dəyərlərinə uyğun həyata keçirilməlidir. Biz inanırıq ki, Avropa Olimpiya Komitəsi rəhbərliyi hər şeyi olmalı olduğu kimi edəcək".


Müəllif: