15 May 2015 15:15
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 bazar günü, mayın 17-də oyunların bir gününü canlandırmaqla, ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığı sınaqdan keçirəcək.

Bakı 2015 Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.

Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Bu, iyunun 12-də start götürəcək ilk Avropa Oyunları üçün Bakı 2015-in hazırladığı əməliyyat proqramlarının sınaqdan çıxarılması ilə bağlıdır.

Bakı 2015 ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.


Müəllif:

Oxşar xəbərlər